Azərbaycanda dörd ildə neft hasilatının tədricən azalacağı proqnozlaşdırılır
Azərbaycanda 2023-2026-cı illərdə neft hasilatının tədricən azalacağı proqnozlaşdırılır.
Bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində bildirilir.
Sənədə əsasən, 2026-cı ildə ölkədə 30 milyon 274,3 min ton neft hasil olunacağı proqnozlaşdırılır, bu da 2023-cü ilin proqnoz göstəricisi (31 milyon 222,3 min ton) ilə müqayisədə 3% azdır.
Proqnoza görə, 2024 və 2025-ci illərdə Azərbaycanda müvafiq olaraq 30 milyon 649,7 min ton və 30 milyon 695,4 min ton neft hasil olunacaq.
Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 24 milyon 493,4 min ton neft hasil edilib, bu da illik müqayisədə 5,3% azdır.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft hasil edilib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,1% çoxdur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)






.jpg)







