"Qiymətlərin artması ilə kreditlərin keyfiyyəti pisləşəcək, borclar artacaq"
Moody's altı Avropa ölkəsində bankların reytinqi ilə bağlı proqnozu "mənfi"yə endirib.Qlobal reytinq agentliyi “Moody's” Almaniya, İtaliya, Çexiya, Macarıstan, Polşa və Slovakiyanın banklarının reytinqi üzrə proqnozu “stabil”dən “neqativ”ə endirib.
"Biz inanırıq ki, iş şəraiti pisləşməkdə davam edəcək" , - Moody's-dən bildirilib.
Moody's qeyd edib ki, bu ölkələr enerji qiymətlərinin inflyasiyasının mənfi təsirlərini ən çox hiss edən ölkələrdir.
Avropanın ən böyük banklarından bəziləri, keçən həftə gözləniləndən daha yaxşı gəlirlər barədə hesabat verdikdən sonra, iqtisadi çətinliklər fonunda artan risklər barədə xəbərdarlıq ediblər.
Avropa banklarında səhmlər fevral ayında Ukraynada hərbi əməliyyatların başlamazdan əvvəl ən yüksək həddən təxminən 25% ucuzlaşıb.
Reytinq agentliyi hesab edir ki, kreditlərin keyfiyyəti pisləşəcək, gəlirlilik aşağı düşəcək və maliyyələşməyə çıxış daha da pisləşəcək.
“Qiymətlərin artması bir çox müəssisələrin və ev təsərrüfatlarının kredit qabiliyyətinə mənfi təsir edəcək, yeni ümidsiz borcların yaranmasına səbəb olacaq”, - Moody's bildirib.
Agentliyin məlumatına görə, Almaniyada hökumətin iqtisadiyyata dəstək tədbirləri şirkətlərin və istehlakçıların üzləşdiyi problemləri tam kompensasiya etməyəcək.
İtaliyaya gəldikdə, Moody's staqflyasiya risklərini və 2022-ci ildə 2,7% artdıqdan sonra 2023-cü ildə iqtisadi artımın olmayacağını qeyd edib.
"Qiymətlərin artması kiçik biznes və ev təsərrüfatlarının kredit qabiliyyətinə mənfi təsir edərək ümidsiz borcları təhrik edəcək", - agentlik İtaliya ilə bağlı bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























