FED rəhbəri ABŞ-da tənəzzül riskini qiymətləndirib
Fed rəhbəri Pauell deyir ki, ABŞ-da tənəzzülün olub-olmayacağını heç kim bilmir.ABŞ-ın tənəzzülə girib-girməyəcəyini heç kim bilmir.
Marja xəbər verir ki, bunu FED rəhbəri Jerome Powell (Cerom Pauell) bildirib.
Pauell Federal Açıq Bazar Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında, "Heç kim bilmir ki, tənəzzül olub-olmayacaqdır. Və əgər olacaqsa, onda bu tənəzzül nə qədər pis olacaq",- deyib.
Pauel qeyd edib ki, FED-in vəzifəsi qiymət sabitliyini bərpa etmək və güclü əmək bazarını qoruyub saxlamaqdır.
Dünən ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi bankı) baza faiz dərəcəsini 0,75 bənd də artıraraq illik 3,75-4% səviyyəsinə qaldırıb. Tənzimləyici baza dərəcəsini ardıcıl dördüncü dəfə 0,75 bənd artırıb. FED, koronavirus pandemiyasının ağır iqtisadi nəticələrinə cavab olaraq faizlərini illik 0-0,25%-ə qədər plansız endirmişdi.
FED uçot dərəcəsinin daha da artırılmasının məqsədəuyğun olacağını qeyd edir. Mərkəzi Bank hələ də uzunmüddətli perspektivdə iqtisadiyyatda maksimum məşğulluğa və 2% inflyasiyaya nail olacağını gözləyir.
FED qeyd edib ki, gələcək faiz artımlarının tempini müəyyən edərkən monetar sərtləşdirmənin iqtisadi aktivliyə və inflyasiyaya birgə təsirini nəzərə alacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























