Qətərdə Azərbaycan Ticarət Evi açıldı
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfəri çərçivəsində Azərbaycan Ticarət Evinin açılışında iştirak edib.
Bu, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən sayca 13-cü ticarət evidir.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan sahibkarlarının özəl sərmayələri hesabına Doha şəhərində yaradılan Azərbaycan Ticarət Evi yerli məhsullarımızın Qətər bazarında daha çox tanıdılmasına, ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu məhsulların satışını təşkil edəcək, sahibkarlar arasında əlaqələndirməni gücləndirəcəkdir.
Paytaxt Dohanın mərkəzində yerləşən və 300 kvadrat metrə yaxın sahəni əhatə edən Ticarət Evində Azərbaycanın 20-dən çox şirkətinin 600-ə yaxın növdə məhsulları - meyvə və tərəvəzlər, quru meyvələr, milli xörəklər, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, gigiyenik məhsullar və s. nümayiş olunur. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran fəaliyyət göstərir.
Ticarət Evinin sərgi salonunda işgüzar görüş zalı da yaradılıb. Bu, sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Qətər əlaqələri uğurla inkişaf etdiyini vurğulayıb və Dohada Azərbaycan Ticarət Evinin açılmasının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən böyük önəmin, Qətərdə Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu bildirib. İqtisadiyyat naziri vurğulayıb ki, Ticarət Evinin fəaliyyəti Azərbaycanla Qətər arasında yeni işgüzar təşəbbüslərin və iqtisadi əlaqələrin stimullaşdırılması baxımından faydalı olacaq.
Qətərin “United Development Company” səhmdar şirkətinin prezidenti İbrahim Cassim Al Osman, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Dohada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iqtisadi tərəfdaşlığın inkişafında, işgüzar əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd ediblər. Tədbirdə Qətərin Ticarət və Sənaye, Xarici İşlər nazirliklərinin, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, iş adamları da iştirak ediblər.
Sonda tədbir iştirakçıları Azərbaycan Ticarət Evi ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
5 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
5 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır


















