Azərbaycanın ən böyük 2-ci özəl bankı ilk dəfə 100 milyon manatdan çox xalis mənfəət açıqladı
Azərbaycanın 2-ci ən böyük özəl bankı "PAŞA Bank" ASC 2022-ci ilin 9 ayını 109 milyon 712 min manat xalis mənfəət ilə başa vurub. Bank tarixində ilk dəfə 100 milyon manatdan çox xalis mənfəət əldə edib.
Marja.az xəbər verir ki, Bankın xalis mənfəəti 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 40 milyon 427 min manat və ya 58,3% artıb. "PAŞA Bank" 2021-ci ilin 9 ayını 69 milyon 285 min manat xalis mənfəət ilə bağlamışdı.
2022-ci ilin 9 ayında "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri 367 milyon 823 min manat, cəmi əməliyyat xərcləri 217 milyon 935 min manat, əməliyyat mənfəəti 149 milyon 888 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri 286 milyon 104 min manat, cəmi əməliyyat xərcləri 166 milyon 414 min manat, əməliyyat mənfəəti 119 milyon 689 min manat təşkil etmişdi.
30 Sentyabr 2022-ci il tarixində "PAŞA Bank" ASC 7 milyard 606 milyon 15 min manat cəmi aktivlərə malik olub. Bank bu həcmdə aktivləri ilə bütün banklar arasında 3-cü, özəl banklar arasında isə 2-ci yerdədir.
"PAŞA Bank" ASC-nin cəmi aktivləri 2022-ci ilin 9 ayı ərzində 2021-ci ilin sonu ilə müqayisədə 1 milyard 197 milyon 634 min manat və ya 18,7% artaraq 7 milyard 606 milyon 15 min manata yüksəlib. Bank ötən ilin sonunda 6 milyard 408 milyon 381 min manat cəmi aktivlərə malik idi.
"PAŞA Bank" ASC-nin kredit portfeli 2022-ci ilin 9 ayı ərzində 2021-ci ilin sonu ilə müqayisədə 122 milyon 294 min manat və ya 4,8% artaraq 2 milyard 667 milyon 872 min manata çatıb.
"PAŞA Bank"ın qiymətli kağızlara investisiyası, digər banklar və maliyyə institutlarındakı depozitləri də artıb.
"PAŞA Bank" ASC-nin depozit portfeli 2022-ci ilin 9 ayı ərzində 2021-ci ilin sonu ilə müqayisədə 1 milyard 88 milyon 406 min manat və ya 21,6% artaraq 6 milyard 117 milyon 833 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "PAŞA Bank" 511 milyon 164 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 24 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























