Microsoft və Alphabet-in xalis mənfəətində azalma
ABŞ-ın texnologiya şirkətləri Microsoft və Google-un ana şirkəti Alphabet-in xalis mənfəəti iyul-sentyabr dövründə azalıb.İyul-sentyabr dövrünü maliyyə təqvimində birinci rüb kimi qəbul edən Microsoft, balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri iyul-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 50,1 milyard dollar təşkil edib. Microsoft 2021-ci ilin iyul-sentyabr dövründə 45,3 milyard dollar gəlirlər əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə eyni dövrdə 14% azalaraq 17,6 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,5 milyard dollar olmuşdu.
Microsoft-un səhm üzrə qazancı da bu müddət ərzində 2,71 dollardan 2,35 dollara düşüb.
HƏMÇİNİN OXU: Maliyyə hesabatlarının dərcindən sonra Microsoft-un səhmləri ucuzlaşıb
Alphabet-in maliyyə nəticələri gözləntiləri doğrultmayıb
Google-un ana şirkəti Alphabet də 2022-ci ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.
Alphabet-in ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 69,1 milyard dollara çatıb. Şirkətin 2021-ci ilin üçüncü rübündə gəliri 65,1 milyard dollar təşkil etmişdi.
Alphabet-in gəliri üçüncü rübdə bazarın gözləntilərindən aşağı olub, şirkətin gəlir artımı yavaşlamağa davam edib.
Şirkətin xalis mənfəəti isə üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar təşkil edib. “Alphabet” ötən ilin üçüncü rübündə 18,9 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin iyul-sentyabr dövründə 1,40 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,06 dollara qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






