SOCAR: Təbii qazın qiymətinin artırılması ilə bağlı Gürcüstan hökumətinə müraciət etmişik
“Gürcüstanda istifadə olunan enerji resurslarının, xüsusən də təbii qazın qiymətləri dövlət tərəfindən tənzimlənir. Biz, dünya bazarında qiymətlərin dəyişməsi, milli valyutanın devalvasiyası və digər amillər ilə əlaqədar təkliflər verə bilərik”.
Bu sözləri Gürcüstan bürosuna müsahibəsində “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov söyləyib.
M.Məmmədov deyib:
“Gürcüstanda təbii qaz həm kommersiya, həm də sosial istiqamətlərdə istifadə olunur. Sosial istiqamətli təbii qazın qiyməti dövlət və maraqlı şirkət tərəfindən mühafizə olunaraq tənzimlənir. SOCAR 6 ildən çoxdur ki, Gürcüstanda investisiya siyasəti aparır. Bu ilin sonunadək SOCAR investisiyanın həcmini 250 milyon dollara çatdıracaq. Bu, öhdəlikdir və bu il sona çatır. Biz bu proqramı tam həcmdə yerinə yetiririk. Eyni zamanda, ölkədə, obyektiv maliyyə prosesləri gedir və bunların hamısı milli valyutanın devalvasiyasına səbəb olur. Bunun nəticəsi olaraq istehlak qiymətlərində mütləq düzəliş olunmalıdır. Bu, dövlət neft şirkətinin istəyi deyil, Gürcüstan dövlətinin yanacaq və energetika sahəsində tənzimləyici orqanının tələbidir”.
“Bizim investisiya indeksimiz həm də, milli valyutanın devalvasiya amilləri nəzərə alınmaqla hesablanıb və dövlət tərəfindən bir qiymət müəyyən olunub. İndi, dövlət nə qərar çıxaracaqsa, biz də ona tabe olacağıq və gələcək siyasətimizi ona uyğun davam etdirəcəyik”, - deyə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri bildirib.
Gürcüstanda fəaliyyət göstərən dörd şirkət – “Qaz nəqli şirkəti”, “SOCAR Georgia Gas”, “Qruzqorqaz” və “Kaztransqaz” şirkətləri təbii qazın tarif qiymətinin artırılması ilə bağlı hökumətə müraciət edib.
Şirkətlər Gürcüstan milli valyutasının ucuzlaşmasının investisiya mühitinə təsirinə əsas səbəb kimi göstərirlər.
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze təbii qazın qiymətinin artmasının mümkünlüyünü qeyd edib.
Gürcüstanın Tarif Komissiyasından bildiriblər ki, şirkətlərin təkliflərinin əksəriyyəti öyrənilib və yaxın günlərdə məsələyə münasibət bildiriləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
- 30 d. əvvəl
-
32 d. əvvəl
"Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik"
-
43 d. əvvəl
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
- 43 d. əvvəl
-
46 d. əvvəl
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
-
54 d. əvvəl
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, xurma 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
SOCAR Avropaya qaz ixracını 50% artırıb
Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir
SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib
Bank Gəncədə 2-ci filialını açdı
SOCAR və “TotalEnergies” “Abşeron” qaz-kondensat yatağı üzrə görülən işləri nəzərdən keçiriblər
Zukerberq “Milyarderlərin bunker”ində rekord qiymətə - 170 milyon dollara malikanə alıb























