Dünyanın iri neft-mədən xidmətləri korporasiyası adını dəyişdi
Schlumberger adını dəyişdi. Artıq SLB adlanacaqDünyanın ən böyük neft-mədən xidmətləri korporasiyalarından biri olan Schlumberger, təxminən 100 illik fəaliyyətindən sonra adını SLB olaraq dəyişib.
Marja.az xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.
Şirkətin press-relizinə görə, yeni ad "korporasiyanın dekarbonizasiyaya can atmaq vizyonunu" , eləcə də "böyük neft - qaz kəşfiyyatı və işlənməsi şirkətindən enerji innovasiyasına yönəlmiş qlobal texnologiya şirkəti"nə çevrilməsini vurğulayır.
Qeyd edilib ki, 2020-ci ildə şirkət aşağı karbonlu enerji seqmentində biznes imkanları axtaran ayrıca Yeni Enerji bölməsi formalaşdırıb və bundan sonra 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı öhdəsinə götürüb.
Schlumberger 1926-cı ildə görkəmli mühəndis qardaşlar Conrad və Marsel Schlumberger tərəfindən təsis edilmişdir. Uzun müddət ərzində şirkətin əsas fəaliyyəti layların tədqiqi, qazılması, neft və qazın hasilatı və emalı texnologiyalarının işlənib hazırlanması olmuşdur. Korporasiya dünyanın 120-dən çox ölkəsində kommersiya fəaliyyəti ilə məşğul olur və 100 minə yaxın insan çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























