"ABŞ, Rusiya nefti qiymətinin tavanı səviyyəsində mövqeyini dəyişə bilər"
ABŞ ehtiyat edir ki, neftin qiymətinin çox aşağı olması Rusiyanı ixracı azaltmağa məcbur edə və bu, qlobal qiymətlərin kəskin artmasına səbəb ola bilər.ABŞ rəsmiləri Rusiya neftinin qiymətinə əvvəllər düşünüldüyündən (60 dollar) daha yüksək olan yuxarı hədd tətbiq etməyə çalışa bilər.
Marja xəbər verir ki, bu fikri cümə günü Bloomberg agentliyi bildirib.
Məlumata görə, ABŞ ehtiyat edir ki, neftin qiymətinin çox aşağı olması Rusiyanı ixracı azaltmağa məcbur edə bilər və bu, dünya qiymətlərinin kəskin artmasına səbəb olacaq.
Bloomberg iddia edir ki, daha yüksək qiymət həddi, Moskvanı Ukraynada xüsusi əməliyyatı maliyyələşdirməyə kömək edən neft gəlirlərindən məhrum etmək kimi rəsmi elan edilmiş məqsədlə ziddiyyət təşkil edəcək. Agentlik bildirir ki, bu, ABŞ-da aralıq seçkiləri yaxınlaşdıqca - benzinin qiymətinin qalxması fonunda Rusiya neftini bazarda saxlamaq kimi digər məqsədə də uyğun olardı.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Janet Yellen Rusiya neftinin bir barelinin qiymətinin 60 dollar civarında müəyyən edilməsinə cəhd edilməli lazım olduğunu bildirmişdi. ABŞ Maliyyə nazirinin verdiyi məlumata görə, Moskvanın Ukraynada müharibə aparması qabiliyyətini sarsıtmaq üçün yanacaq ixracından Rusiya büdcəsinin gəlirlərini məhdudlaşdırmaq lazımdır.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya, qiymətləri məhdudlaşdıran ölkələri enerji resursları ilə təmin etməyəcək.
"Rusiya yanacağının qiymətinə tavanın tətbiqi “hiylə” və “utanmaz şantajdır”, - Putin bildirib.
Bundan əlavə, Putin, Rusiya Enerji Həftəsi forumunda çıxış edərək xəbərdarlıq edib ki, neft qiymətlərinə yuxarı həddin tətbiq edilməsi digər sektorlarda da eyni tavanın tətbiqinə səbəb ola bilər və bu, qlobal bazar iqtisadiyyatını məhv edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























