"ABŞ-ın strateji neft ehtiyatlarının yarıdan çoxu qalır, bu, fövqəladə vəziyyət üçün kifayət edir"
Noyabrın 8-də ABŞ-da keçiriləcək Konqresə ara seçkilərindən əvvəl rəqibləri Prezident Co Baydeni yüksək inflyasiya və benzinin qiymətinin artması kimi iqtisadi məsələlərə görə tənqid edirlər.
OPEC-in gündəlik neft hasilatını 2 milyon barel azaltma qərarından sonra Bayden administrasiyası benzin qiymətlərini nəzarətdə saxlamaq üçün yeni addım atıb.
Marja xəbər verir ki, Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında benzin qiymətləri ilə bağlı strategiyalarını ictimaiyyətlə bölüşüb.
Bütün dünyada artan benzin qiymətlərində Ukraynaya qarşı müharibə aparan Rusiya prezidenti Vladimir Putini günahlandıran Bayden, yay aylarından bəri atdıqları addımlar sayəsində benzinin qiymətinin qallon üçün 2,5 dollar ucuzlaşdığını, ancaq azalma hələ də onların gözlədiyi qədər sürətli deyil.
"Energetika Nazirliyi strateji ehtiyatdan daha 15 milyon barrel neft satacaq, bu proses dekabrın sonuna qədər davam edəcək", - Bayden bildirib.
Bayden deyir ki, strateji ehtiyatların yarısından çoxu doludur
Bayden, strateji neft ehtiyatları üzrə anbarların yarıdan çoxunun dolu olduğunu və bunun fövqəladə vəziyyət üçün kifayət etdiyini bildirib.
Yaxın aylarda da oxşar addımların atılacağına işarə edən Bayden, rəhbərlik etdiyi dövrdə ABŞ-ın neft hasilatının artdığını və ABŞ-ın hazırda ixrac etdiyi neftin idxal etdiyi neftdə daha yüksək olduğunu vurğulayıb.
Benzinin barelinin qiyməti 70 dollardan aşağı düşdüyü zaman strateji neft ehtiyatları üçün neft alacaqlarını qeyd edən Bayden, neft şirkətlərini də benzinin qiymətini aşağı salmağa və neft hasilatını artırmağa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




