Johnson & Johnson-un xalis mənfəəti 9 ayda 11 faiz azalıb
Johnson & Johnson şirkətinin xalis mənfəəti doqquz ayda 14,4 milyard dollara düşüb
Dünyanın ən böyük sağlamlıq məhsulları istehsalçılarından biri olan Amerikanın Johnson & Johnson (J&J) şirkətinin xalis mənfəəti ilk doqquz ayda illik müqayisədə 10,7% azalaraq 14 milyard 421 milyon dollar təşkil edib.
Marja xəbər verir ki, bu, şirkətin press-relizində deyilir.
Səhm başına mənfəəti bir il əvvəlki 6,04 dollardan 5,41 dollara geriləyib.
J&J-nin hesabat dövründəki cəmi gəlirləri 3,3% artaraq 71 milyard 237 milyon dollar təşkil edib.
J&J-nin üçüncü rübdə xalis mənfəəti illik müqayisədə 21,6% artaraq 4 milyard 458 milyon dollara çatıb. Şirkətin rüb üzrə gəliri illik müqayisədə 1,9% artaraq 23 milyard 791 milyon dollar təşkil edib. Analitiklər 23 milyard 460 milyon dollar səviyyəsində gəlir gözləyirdilər.
Şirkət 2022-ci il üçün gəlirin, koronavirusa qarşı peyvənd gəliri istisna olmaqla, 93-93,5 milyard dollar olacağını proqnozlaşdırır. Səhm başına mənfəətin isə 10,02-10,07 dollar diapazonunda olacağı gözlənilir.
İlkin ticarətdə şirkətin səhmləri 2% bahalaşıb.
Johnson & Johnson Amerika sağlamlıq və gözəllik məhsulları istehsalçısıdır. Şirkət tibbi cihaz və avadanlıqların, dərman vasitələrinin, gigiyena və insan sağlamlığı üçün malların istehsalı ilə məşğuldur. Şirkət 1886-cı ildə yaradılıb və 140.000-dən çox işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
- 20 d. əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
17 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
17 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 17 saat əvvəl
-
18 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

AzMDF-in anbarı yanır

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
Ən çox oxunanlar

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib
