“Zəfəran Hospital”dan ölüm açıqlaması
“Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girən 22 yaşlı model Leyla Oruclunun ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəsmi rəyini gözləyirik. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək”.
Bunu hospitalın PR meneceri Vüsalə İsmayılova deyib.
Onun sözlərinə görə, L.Oruclunu əməliyyat edən iranlı Firuz Qoçxani tərcübəli və peşəkar həkimdir:
“Heç bir həkim xəstəsinin ölməyini istəməz. Lakin hər bir əməliyyatda ölüm riski var. Bütün əməliyyatlardan öncə hər bir xəstə ilə müqavilə imzalanır və burada əməliyyatin risk faktorları onlara izah edilir. Leyla ilə də həmin müqavilə imzalanmışdı. İyunun 22-də baş tutan əməliyyat uğurlu keçdi və hansısa problem olmadan xəstə özünə gəldi. Lakin əməliyyatdan bir neçə gün sonra onun səhhətində ağırlaşma olub”.
Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani mətbuata açıqlamasında Leyla Oruclu pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdiyini bildirib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
8 d. əvvəl
Provayderlərin 2026-cı ilin Mart ayı üzrə internet sürət göstəriciləri dərc edildi
- 10 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Nəhəng maliyyə qurumu qzılın qiymətinin 8 min dollara yüksələcəyini gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İran açıqladı, neft dərhal 9 faizdən çox ucuzlaşdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
Ən çox oxunanlar
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb




.jpg)







.jpg)






