"Türkiyənin Avropanın enerji mərkəzi olmaq üçün infrastrukturu var"
Putin bildirib ki, əgər Rusiyanın tərəfdaşları bunda maraqlı olarsa, Rusiya Avropaya nəql üçün Türkiyədə “qaz qovşağı” yaratmaqla “Şimal axını” ilə itirilmiş tranzit həcmini Qara dəniz istiqamətindən ötürə bilər.Türkiyənin, "Şimal axının"dan itirilmiş qaz həcmlərini “Türk axını” qaz kəməri vasitəsilə Avropaya çatdırmaq üçün öz bazasında qovşaq yaratmaq infrastrukturu var.
Bu barədə çərşənbə günü TASS-a Ankaranın diplomatik dairələrindəki mənbə Rusiya prezidenti Vladimir Putinin müvafiq təklifini şərh edərkən bildirib.
"Türkiyə "Türk axını" ilə qaz nəqlinin həcmini artırmaq üçün lazımi infrastruktura malikdir. Rusiya prezidentinin təşəbbüsü Avropada enerji böhranının həlli üçün taxıl dəhlizinə bənzər enerji dəhlizinin yaradılması ilə bağlı Türkiyə rəsmilərinin əvvəllər səsləndirdiyi təkliflərə uyğundur”, - mənbə bildirib.
Onun fikrincə, Rusiya prezidentinin təşəbbüsü, şübhəsiz ki, oktyabrın 13-də Rusiya Federasiyası və Türkiyə liderləri arasında Astanada keçiriləcək danışıqların gündəliyində olacaq.
Çərşənbə günü Rusiya Enerji Həftəsi forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Baltik dənizinin dibindən keçən "Şimal axını" ilə itirilmiş tranzit həcmi Qara dəniz istiqamətindən ötürülə bilər.
"Bizim təbii qazımızın Türkiyədən keçməklə Avropaya nəqlinin əsas marşrutlarını yaradaq, Türkiyədə Avropa üçün ən böyük qaz qovşağı yaradaq. Əgər Rusiyanın tərəfdaşları bunda maraqlı olarsa", - Putin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























