ABB korporativ müştərilər üçün ABB business mobil tətbiqini təqdim etdi
(®) Biznesin etibarlı tərəfdaşı olan ABB korporativ müştərilərin işinin rahatlığı məqsədilə daha bir yeniliyini təqdim edib.
Bank ABB business mobil tətbiqini istifadəyə verib. Bizneslərə lazım olan bir çox bank xidmətlərindən ABB-nin filial və şöbələrinə gəlmədən, eləcə də İnternet Bank sisteminə daxil olmadan istənilən yerdən bu tətbiqlə 24/7 rejimində faydalanmaq mümkündür. Tətbiqin geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, o cümlədən sahibkar fiziki şəxslər yararlana bilər. ABB business mobil tətbiqindən istifadə edərək cəmi bir neçə toxunuşla bu əməliyyatları anında yerinə yetirmək olar:
-Hesabdan çıxarışlar almaq;
-Müxtəlif valyutalarda olan hesablara nəzarət;
-Ödənişlər aparmaq;
-Vergi və gömrük ödənişləri etmək;
-Ödənişləri təsdiqləmək, yaxud imtina etmək.
Üstəlik, birdən çox şirkət idarə edən istifadəçilər üçün tətbiqdə şirkət seçimi imkanı yaradılıb. İstifadəçilər tətbiqə ASAN İmza ilə yanaşı, xüsusi eyniləşdirmə kodu vasitəsilə də daxil ola bilərlər. Hər bir korporativ müştəri ABB business mobil tətbiqini yükləməklə onun imkanlarından faydalana bilər. ABB müştərilərin ehtiyaclarına uyğun olaraq tətbiqi daha da təkmilləşdirəcək. Bura yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə tətbiqə bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya ediləcək.
ABB business mobil tətbiqini buradan yükləyə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 10 d. əvvəl
- 24 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























