PepsiCo-nun xalis mənfəəti doqquz ayda 21% artıb
Dünyanın ən böyük sərinləşdirici içki istehsalçılarından biri olan ABŞ-ın PepsiCo şirkətinin xalis mənfəəti 2022-ci maliyyə ilinin 3 sentyabrında başa çatan ilk doqquz ayında illik müqayisədə 21% artaraq 8 milyard 392 milyon dollara çatıb.
Marja xəbər verir k, səhm üzrə mənfəət keçən ilin eyni dövründəki 4,54 ABŞ dolları ilə müqayisədə 6,04 dollar olub.
Eyni zamanda şirkətin gəliri 7,7% artaraq 58 milyard 396 milyon dollara çatıb.
Cari maliyyə ilinin üçüncü rübünün nəticələrinə görə, istehsalçının xalis mənfəəti 21,5% artaraq 2 milyard 702 milyon dollar təşkil edib. Şirkətin rüblük gəliri illik müqayisədə 8,8% artaraq 21 milyard 971 milyon dollar olub.
Qeyd olunur ki, doqquz ayda şirkət Ukraynadakı münaqişə səbəbindən 1,6 milyard dollar zərər qeydə alıb.
Eyni zamanda, 2022-ci il üçün artım proqnozu 10%-dən 12%-ə qaldırılıb. İlkin ticarətdə şirkətin səhmləri 0,5% bahalaşıb.
PepsiCo Inc. şirkəti Pepsi, 7up, Mirinda, Diet Pepsi, Lay's, Cheetos, Doritos və bir neçə başqa brendlərin sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























