Nəhəng investisiya bankının baş direktorundan pessimist açıqlama
JPMorgan-ın baş direktoru Jamie Dimon, altı-doqquz ay ərzində ABŞ iqtisadiyyatının tənəzzülə girəcəyini proqnozlaşdırıb.Nəhəng investisiya bankı JPMorgan-ın baş direktoru Jamie Dimon ABŞ və qlobal iqtisadiyyatların gələn il tənəzzülə uğrayacağı barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, CNBC-yə danışan Jamie Dimon ABŞ-ı və qlobal iqtisadiyyatı böhrana sürükləyə biləcək ciddi problemlərin olduğunu deyib və onları artan inflyasiya, gözləniləndən daha yüksək faiz dərəcələri, FED-in sərt pul siyasətini başa çatdırmasının yan təsirləri və Rusiya-Ukrayna müharibəsi kimi sadalayıb.
Dimonun sözlərinə görə, S&P 500 indeksində geriləmə üçün çox yer var. Bu il 25% düşən indeksdə daha 20 faizlik azalmanın asanlıqla yaşana biləcəyini qeyd edən Dimon, “Növbəti 20 faizlik eniş birincidən çox daha ağrılı olacaq. Fed-in növbəti 100 bəndlik faiz dərəcəsi artırması ilk 100-dən daha ağrılı olacaq, çünki insanlar buna öyrəşməyiblər",- bildirib.
İqtisadiyyat üzrə Nobel mükafatı alan FED-in keçmiş sədri Ben Bernanke maliyyə sabitliyi ilə bağlı risklərə diqqət çəkib. Bernanke ABŞ-ın maliyyə sisteminin qlobal maliyyə böhranı illərinə nisbətən daha möhkəm olmasına baxmayaraq, dünyanın qalan hissəsində maliyyə sabitliyinin risk altında olduğunu, inkişaf etməkdə olan ölkələrin çox güclü dollar, məzənnə riski və kapital axını ilə qarşı-qarşıya olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























