Avropa İttifaqı ölkələri 6 ayda enerji idxalına 380 milyard avro xərcləyib
Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel üzv ölkələrin bu ilin ilk yarısında 380 milyard avro enerji idxal etdiyini bildirib.Mişel “Avropa İttifaqının indi real Enerji Birliyinə ehtiyacı var” başlıqlı məqalə yazıb.
Marja xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada başladığı müharibə ilə Avropaya "enerji raketi" atdığını bildirən Mişel, Putinin Avropa iqtisadiyyatını məhv etmək, cəmiyyətini zəiflətmək və mənəviyyatsızlaşdırmaq istədiyini bildirib.
"Əsl enerji ittifaqına təcili ehtiyac var",- Mişel bildirib.
Avropadakı ev təsərrüfatlarının və şirkətlərin son dərəcə yüksək enerji ödənişləri ilə üzləşdiyini xatırladan Mişel, "AB-nin 2022-ci ilin ilk yarısında enerji idxalı təxminən 380 milyard avro təşkil etdi. Bu, adətən bir il üçün ödədiyimiz məbləğə yaxındır",- bildirib.
Mişel qeyd edib ki, Aİ ölkələrinin enerji sahəsində ticarət kəsiri 2022-ci ilə qədər iki dəfə artaraq ÜDM-in təxminən 5 faizini təşkil edəcək.
Üzv dövlətlərin hökumətlərinin enerji böhranı qarşısında ev təsərrüfatlarını və müəssisələri qorumaq üçün dövlət xərclərini artırdıqlarını xatırladan Mişel, "Bu maliyyə səyinin hazırda yarım trilyon avro olduğu təxmin edilir və sürətlə artır",- deyib.
Mişel, üzv ölkələrin enerji böhranında birlikdə hərəkət etmələrinin əhəmiyyətinə diqqət çəkərək, "Mən əsl Enerji Birliyinə çağırıram" ifadəsini işlədib.
Mişel ümumi enerji strategiyasının bəzi əsas məqsədlərinin olmasının vacibliyinə diqqət çəkərək, enerji istehlakını daimi olaraq azaltmaq, etibarlı təchizatçılarla təchizat təhlükəsizliyini təmin etmək, enerji platforması ilə birgə alış-veriş etmək, enerji resurslarını diversifikasiya etmək, qiymətləri aşağı salmaq, elektrik enerjisi bazarının fəaliyyətini yaxşılaşdırmaq lazım olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























