Çinin valyuta ehtiyatları sentyabrda azalıb
Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyasının rəis müavini Vanq Çunyin bildirib ki, sentyabrın sonunda ölkənin valyuta ehtiyatları 3,029 trilyon dollar təşkil edib.
Çinin valyuta ehtiyatları sentyabrda avqustla müqayisədə 0,85% və ya 25,9 milyard dollar azalıb.
Marja xəbər verir ki, bu barədə cümə günü Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyasının rəis müavini Van Çunyin (Wang Chunying) məlumat verib.
“Sentyabrın sonuna Çinin valyuta ehtiyatları avqust ayı ilə müqayisədə 25,9 milyard dollar azalaraq 3,029 trilyon dollar təşkil edib",- o bildirib.
Van Çunyinin sözlərinə görə, dollar indeksinin artması valyuta ehtiyatlarının azalmasına səbəb olub. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qeyri-sabitlik və qeyri-müəyyənlik faktorları əhəmiyyətli dərəcədə artıb, beynəlxalq maliyyə bazarında əhəmiyyətli volatillik müşahidə olunur.
Mart ayından dollar yuana qarşı möhkəmlənməkdədir. Dollar 7,1 yuana qədər bahalaşıb. Avqustda Çinin valyuta ehtiyatları 49,2 milyard dollar azalaraq 3,055 trilyon dollara düşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
19 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
19 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
