Mişustin: Xəzər regionu transkontinental daşımalar üçün ən böyük mərkəzə çevrilməlidir
Rusiynın Baş nazirinin sözlərinə görə, bu, regional bazarların formalaşmasına, ticarət və sənaye əməkdaşlığının qurulmasına kömək edəcək.Rusiyanın baş naziri Mixail Mişustin Xəzər regionunu Avrasiyada transkontinental nəqliyyat üçün ən böyük qovşaqlardan birinə çevirmək planlarını açıqlayıb.
"Nəqliyyat və logistika imkanlarını inkişaf etdirmək üçün əlaqələndirilmiş addımlar vacibdir. Region Avrasiyanın ən böyük transkontinental nəqliyyat qovşaqlarından birinə çevrilməlidir. Bu, regional bazarların formalaşmasına, ticarət və sənaye əməkdaşlığının artırılmasına kömək edəcək", - Mişustin cümə axşamı II Xəzər İqtisadi Forumunun plenar iclasında bildirib.
Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi üzrə proqnozlaşdırılan yük həcmi qiymətləndirilib. Ötən il bu dəhliz ilə daşımaların həcmi təqribən 14 milyon ton təşkil edib. Artım potensialı 2030-cu ilə qədər demək olar ki, iki dəfə artacaq.
“Biz dəmir yolu şəbəkəsində, keçid məntəqələrində məhdudiyyətləri aradan qaldırmalı və Uraldan, Volqaboyu, Baltikyanıdan - Rusiyanın bütün ərazisindən Fars körfəzinə qədər - daha sonra - Cənubi Asiyaya, Yaxın Şərqə, Afrikaya fasiləsiz logistika xidmətlərinin işə salınması üçün şərait yaratmalıyıq. Bu da regional və transsərhəd ticarətə əlavə təkan verəcək”, - baş nazir bildirib.
Mişustin Rusiya Prezidenti Vladimir Putinin dünyanın fundamental xarakter daşıyan transformasiyalar dövrünə qədəm qoyduğu barədə sözlərini xatırladıb.
"Yeni inkişaf mərkəzləri formalaşır. Onlardan biri də Xəzər regionudur. Biz region dövlətlərinin mehriban qonşuluq, etimad və qarşılıqlı hörmət əsasında Xəzərdə sabitliyi və təhlükəsizliyi qorumaq üçün lazım olan hər şeyi etməliyik", - deyə o, Rusiya Nazirlər Kabinetinin rəhbəri yekunlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




