Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞLƏR
5 və 6 oktyabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumatda bildirilir ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyrirəqabətli) olmamalıdır. Bir bank tərəfindən verilmiş rəqabətli sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır və qeyri-rəqabətli sifarişinin həcmi rəqabətli sifarişinin həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Hərrac zamanı təqdim edilən rəqabətli sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 5 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
10 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
11 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb





















