"2023-cü ildə böhran görməsək, çox təəccüblənəcəyəm"
ABŞ fond menecerləri böhran ehtimalı ilə bağlı razılığa gələ bilməsələr də, JPMorgan-ın modelinə görə, S&P 500 indeksi böhran ehtimalının 92 faiz olduğunu göstərir. Sözügedən nisbət avqust ayında yüzdə 51 ətrafında idi.
ABŞ-da yerləşən nəhəng fondların rəhbərləri tənəzzüllə bağlı fərqli fikirlər səsləndirirlər.
Marja xəbər verir ki, "Duquesne Family Office"in qurucusu, məşhur investor Stan Druckenmiller, 2023-cü ildə böhran gözlədiyini, böhrandan sonra növbəti 10 il üçün durğun bir bazar proqnozlaşdırdığını deyib.
CNBC-nin Nyu-Yorkdakı konfransında danışan Druckenmiller, "2023-cü ildə böhran görməsək, çox təəccüblənəcəyəm" deyib.
Stan Druckenmiller Fed-in faizini artırmaqda gecikdiyini bildirib: "FED yumuşaq pul siyasətinə çoxdan son qoymalı idi".
"Citadel"in qurucusu Ken Griffin eyni konfransda Druckenmillerdən daha az bədbin proqnoz verib. Tənəzzül ehtimalına çox diqqət yetirdiyini qeyd edən Griffin, birjaların - sağlam əmək bazarı və güclü istehlakçı ilə güclü qaldığını vurğulayıb.
İstehlakçıların səyahət və elektronika kimi sektorlarda daha çox pul xərclədiyini, bunun isə iqtisadiyyat üçün çox güclü "arxa külək" mənasını verdiyini qeyd edən Griffin, “Bir sıra kritik sektorlarda vəziyyət yaxşıdır. ABŞ iqtisadiyyatı hələ də güclüdür. Hətta dördüncü rübdə real əmək haqqında artımı ola bilər",- deyib.
JPMorgan-ın modelinə görə, böhran demək olar ki, qapıdadır. Fed-in son faiz qərarında gələcəyə dair daha sərt mövqe tutmasından sonra 6,5 faiz ucuzlaşan S&P 500 indeksi, JPMorgan modellinə görə, 92% böhran ehtimalına işarə edir. Avqust ayında bu nisbət 51% idi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
26 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
20 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
20 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 21 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
