Türkiyə “Mir” ödəniş sistemi ilə işləmək üçün yeni bank yarada bilər
Türkiyə, Rusiyanın "Mir" ödəniş sisteminin kartları ilə işləmək üçün yeni bank və ya hesablaşma mərkəzi yaratmağı nəzərdən keçirir.
Marja.az "İzvestiya" qəzetinə istinadən cəbər verir ki, bunu Rusiya-Türkiyə Biznes Şurasının (RTBC) direktoru Aleksey Eqarmin bildirib.
Eqarminin sözlərinə görə, Türkiyə tərəfi “Mir” sistemi ilə maliyyə əməliyyatlarının aparılması üçün alternativ variantları, o cümlədən ABŞ və Avropa İttifaqının sanksiya təzyiqindən asılı olmayan bankın yaradılmasını nəzərdən keçirir.
"Ola bilsin ki, bu, xüsusi bank, yaxud blokçeyn hesablaşmalarına və ya qapalı klirinqə əsaslanan xüsusi sistem olacaq. Ola bilsin, ayrıca hesablaşma mərkəzi", - RTDS direktoru bildirib. .
Rusiya Ticarət və Sənaye Palatasının Türkiyədəki (CCİ RF) nümayəndəsi İlya Kornilov bildirib ki, Rusiya vətəndaşlarının hələ də Türkiyə bankomatlarında kartlardan pul çıxarmaq imkanı var. "Əllərində Mir kartları olan Rusiya vətəndaşları Ziraat Bankın bankomatlarından vəsait nağdlaşdıra (limit 1,5 min türk lirəsi) bilirlər”.
Sentyabrın 16-da Türkiyənin özəl bankları “İş Bankası” və “Denizbank”, ABŞ Maliyyə Nazirliyinin Rusiyanın xaricdə ödəniş sistemindən istifadəni genişləndirmək cəhdlərini dəstəklədiyinə görə sanksiyalar tətbiq etmək niyyətini açıqlamasından sonra “Mir” kartlarının qəbulunu dayandırdıqlarını açıqlayıb. Həmçinin, Türkiyədə “Mir” sisteminin kartları dövlət bankları olan "Ziraat Bankası", "VakıfBank" və "Halkbank" tərəfindən qəbul edilirdi. Türkiyənin NTV telekanalı dövlət banklarının çərşənbə axşamı səhər saatlarında Rusiya ödəniş sistemindən çıxmaq qərarına gəldiyini, lakin hələlik bu barədə rəsmi məlumat verilmədiyini bildirmişdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə aidiyyatı nazirliklərə ölkədə “Mir” kartlarından istifadənin alternativlərini işləyib hazırlamaq tapşırıb. Bu məsələ hökumətin sentyabrın 26-da keçirilən iclasında, eləcə də sentyabrın 23-də Prezidentin Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və aparıcı yerli bankların rəhbərləri ilə görüşündə müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





