Ümumdünya Ticarət Təşkilatının Baş direktorundan tənəzzül xəbərdarlığı
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo İveala göstəricilərin yaxşı olmadığını və dünya iqtisadiyyatının tənəzzülə doğru getdiyini bildirib. ÜTT-nin gələn ay ticarətdə artım gözləntilərini aşağıya doğru yenidən nəzərdən keçirəcəyi gözlənilir.Dünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo İveala qlobal iqtisadiyyatla bağlı pessimist fikirlərini bölüşən şəxslərə qatılıb.
Marja xəbər verir ki, "Göstəricilər yaxşı deyil" deyən İveala, Ukraynadakı müharibənin, iqlim böhranının, yüksək ərzaq qiymətlərinin və enerji şoklarının qlobal tənəzzülü yaxınlaşdırdığını bildirib.
Cenevrədə çıxış edən İveala deyib: "İndi biz yaxınlaşan tənəzzüllə mübarizə aparmalıyıq. Düşünürəm ki, tənəzzülə doğru gedirik. Biz artımı yenidən alovlandırmalıyıq".
Nigeriyanın keçmiş maliyyə naziri olan İveala Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan ərzaq təhlükəsizliyi və enerji əlçatanlığı məsələlərinə diqqət yetirdiklərini bildirib. Qida təhlükəsizliyi ilə bağlı narahatlığını dilə gətirən İveala, "Məni ən çox narahat edən aclıq ehtimalıdır. Enerjiyə çıxış da hazırda problemlər yaradır" deyib.
İveala, inflyasiyanın xüsusilə yoxsulları vurduğunu və qlobal Mərkəzi Bankların faiz dərəcələrini yüksəltməkdən başqa çarəsi olmadığını bildirib.
ÜTT-nin gələn ay 2022-ci il ticarət proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirəcəyi gözlənilir. Aprel ayında qurum qlobal mal ticarəti üzrə 2022-ci il üçün artım gözləntisini 4,7 faizdən 3 faizə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























