"Enerji qiymətləri düşməsə, iqtisadiyyat çökəcək"
Alman siyasətçilərinə çağırış edilir. Elektrik enerjisi və qaz qiymətlərinin tez bir zamanda endirilməsi üçün bələdiyyələr və enerji şirkətləri tərəfindən siyasətçilərə təzyiqlər artır. Almaniya Bələdiyyə Şirkətləri Assosiasiyasının (VKU) baş meneceri İnqbert Liebinq ölkədə elektrik enerjisi və qaz qiymətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə, “iqtisadi çöküş” riskinin olacağını bəyan edib.
Enerji şirkətləri Rusiya-Ukrayna müharibəsi səbəbindən bahalaşan qaz və elektrik enerjisinin qiymətlərini aşağı salmaq üçün siyasətçilərdən “təcili və cəsarətlə” müdaxilə etmələrini istəyir.
Marja xəbər verir ki, Almaniyada son istehlakçıların 62%-ni elektrik enerjisi, 67%-ni isə qazla təmin edən bələdiyyə şirkətlərini təmsil edən Almaniya Bələdiyyə Şirkətləri Assosiasiyasının (VKU) baş meneceri İngbert Liebing ölkədə elektrik enerjisinin və qazın qiymətində məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə “iqtisadi çöküş” riskinin olacağını bəyan edib.
Sürətlə artan istehlak qiymətlərinin, problemli tədarük zəncirlərinin və sənaye üçün enerji təchizatı müqavilələrinin olmamasının bütün iqtisadiyyatın zəif nöqtəsinə çevrildiyini vurğulayan Liebing, hazırda ehtiyac duyulan şeyin "tez və asanlıqla həyata keçirilə bilən böyük yardım paketləri" olduğunu bildirib.
Liebing, buna nail olmağın ən yaxşı yolunun vergilərin azaldılması və ehtiyacı olan ev təsərrüfatlarına birbaşa yardımdan keçdiyini qeyd edib.
"Yüksək enerji qiymətləri cəmiyyəti sarsıtmaq potensialına malikdir"
Almaniyanın Enerji və Su Təsərrüfatı İttifaqının (BDEW) İdarəedici Direktoru Kerstin Andreae vurğulayıb ki, yüksək enerji qiymətləri insanlar və iqtisadiyyat üçün əhəmiyyətli bir yükdür və cəmiyyətin təməllərinə sarsıtmaq potensialına malikdir.
Andreae, "Handelsblatt" qəzetinə verdiyi müsahibəsində, Almaniya siyasətçilərinə "təcili çağırış" edərək, insanların yükünün sürətli və nəzərəçarpacaq dərəcədə yüngülləşdirilməsinin əhəmiyyət kəsb etdiyini bildirib.
Rusiyanın enerji şirkəti “Qazprom” iyulun 27-də “Şimal axını” boru kəməri ilə Avropaya gündəlik təbii qaz nəqletmə qabiliyyətini 20 faizə endirib və sentyabrın əvvəlində tamamilə dayandırıb.
Enerji idxalında Rusiyadan ciddi şəkildə asılı olan Almaniya Moskvanın “Şimal axını 1” qaz kəməri ilə qaz axınını dayandırmaq qərarından sonra enerji böhranı ilə üzləşib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar enerji qiymətlərinə yuxarı istiqamətdə təzyiq göstərib. Almaniya hökuməti də bu qış sənayenin "çarxlarının" dönməsini, elektrik enerjisinin kəsilməməsini və evlərin qızdırılmasını təmin etmək üçün islahatlar hazırlamağa çalışır.
Enerji xərclərinin artması; inflyasiyanı gücləndirməklə yanaşı, ev təsərrüfatlarına və şirkətlərə təzyiqi artırır.
Yüksək enerji və ərzaq qiymətləri avqust ayında Almaniyada inflyasiyanı təxminən 50 ilin ən yüksək səviyyəsinə çatdırıb. İyulda 7,5 faiz olan illik inflyasiya avqustda 7,9 faizə çatıb ki, bu da 1973-1974-cü illərin qışındakı ilk neft böhranından bəri ən yüksək səviyyədir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
7 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
7 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
9 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
9 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
9 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
10 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
