İraq neftin qiymətinin kəskin artmasına qarşı çıxış edib
OPEC və OPEC+ sazişinin üzvləri qiymətlərlə bağlı vəziyyəti izləyir və bazarı tarazlaşdırmağa çalışırlar.İraq hakimiyyəti neftin qiymətində kəskin artım istəmir.
Marja.az xəbər verir ki, bunu bazar ertəsi ölkənin neft naziri, maliyyə naziri vəzifəsini icra edən İhsan Abdel Caber deyib.
“Biz neft qiymətlərinin kəskin yüksəlməsini istəmirik”, - nazir "Al Ekhbariya" telekanalının efirində deyib.
"Biz çətin dövrə qədəm qoyduq. Qlobal amillər neft qiymətlərinin azalmasına səbəb olub, bunlardan ən mühümləri iqtisadi artım templərinin azalması və inflyasiyanın artmasıdır", - o izah edib.
Nazirin sözlərinə görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ sazişinin iştirakçıları qiymətlərlə bağlı vəziyyəti izləyir və bazarda tarazlıq yaratmağa çalışırlar.
Sentyabrın 5-də keçirilən OPEC+ iclasında alyans ölkələri oktyabrda neft hasilatını sutkada 100 min barel azaltmaq qərarına gəliblər. Yekun kommünikedən məlum olduğu kimi, OPEC+ ölkələri avqust ayındakı hasilat səviyyəsinə qayıdacaqlar. Sənəddə vurğulanır ki, hasilatın artırılması ilə bağlı bir ay əvvəl qəbul edilmiş qərar yalnız sentyabr ayına şamil edilir. Bundan əlavə, OPEC+ nazirləri bazar şərtlərinə cavab vermək üçün istənilən vaxt toplantı keçirməyə razılaşıblar. OPEC+-ın növbəti iclası oktyabrın 5-nə planlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























