“Azərbaycanlı olduğum üçün məni Bakıda hotelə buraxmadılar”
Çex Respublikasında yaşayan Azərbaycan vətəndaşı Bakıdakı hoteldə ona qarşı ayrı-seçkilik olduğunu deyir.
Bu barədə müraciət edən şikayətçi N.Əliyev bildirib ki, bir neçə gün öncə onlayn şəkildə “Marine Inn Hotel”də otaq rezerv edib, lakin azərbaycanlı olduğu üçün onu hotelə buraxmayıblar:
“Mən Azərbaycan vətəndaşı olsam da, xaricdə yaşayıram. Sentyabrın 18-də “Booking.com” beynəlxalq hotel rezervasiya sistemi vasitəsilə sabahkı gün üçün otaq bron elədim. Səhəri gün hotelə gələndə resepşndakı əməkdaş dedi ki, Azərbaycan vətəndaşlarının hoteldə qalmasına icazə verilmir. Daha sonra mən hotel rəhbərliyi ilə əlaqə saxlanılmasını istədim. Bildirdim ki, belə bir qadağa varsa, bunu mənə əvvəlcədən bildirməli idiz və ya rezervasiyamı ləğv etməli idiz. Cavab olaraq bildirildi ki, “kimə istəyirsən get şikayət et, azərbaycanlıları hotelə almırıq. Bu açıq-aşkar diskriminasiyadır. Sırf millətinə görə kiməsə xidmət göstərməmək qanunaziddir”.
Şikayətlə bağlı “Marine Inn Hotel”lə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, hotel “Turizm haqqında” qanuna uyğun qaydada fəaliyyət göstərir, heç bir etnik, dini və cinsi ayrı-seçkiliyə yol verilmir, mənəvi-əxlaqi dəyərlərə sadiqlik hotelin başlıca prinsiplərdəndir:
““Turizm haqqında” qanunun 14.2.4-cü maddəsinə əsasən, turistlər yerləşmə vasitələrində, istirahət və gəzinti yerlərində daxili intizam qaydalarına əməl etməlidirlər. Halbuki N.Əliyev hotelin əməkdaşlarının onunla baş verən anlaşmazlığı həll etmək üçün söhbət apardıqları vaxt öz fikirlərini əməkdaşlara qarşı sərt və yolverilməz tərzdə ifadə etməklə onların haqlı narazılığına və narahatlığına səbəb olub. Yaranmış vəziyyət N.Əliyev hoteli tərk etdikdən sonra bir daha dəyərləndirilib. Bundan sonra hotelin meneceri vətəndaşla telefon əlaqəsi yaradaraq, baş vermiş vəziyyətlə əlaqədar onun narahatlığını anlayışla qarşıladığını, onun da hotelin fəaliyyət prinsiplərinə hörmətlə yanaşmasını xahiş edib. Telefon söhbətinin sonunda vətəndaş N.Əliyev vəziyyətin tam aydınlaşdırıldığını və heç bir iradının qalmadığını bildirib. Vətəndaşın hotelimiz barədə iddiaları tərəfimizdən tamamilə təkzib edilir, yaranan suallara aydınlıq gətirilməsi üçün hər cür müzakirəyə açıq olduğumuzu bəyan edirik”.
Qeyd edək ki, "Marine Inn Hotel" Bakının mərkəzi küçələrindən biri olan Neftçilər prospektində, Bakı Dəniz Limanının yanında yerləşir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








