Almaniyanın enerji şirkətləri LNG tədarükü ilə bağlı Qətərlə razılaşa bilər
Almaniyanın enerji şirkətləri RWE və Uniper yaxın vaxtlarda Qətərlə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair müqavilə imzalamaq barədə razılığa gələ bilərlər.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniya ilə Qətər arasında aparılan danışıqlar müqavilənin müddəti və qiymətlər kimi əsas şərtlərlə bağlı fikir ayrılıqları ilə dolu olub. Bununla belə, mənbə tərəflərin tezliklə kompromis əldə edəcəyini gözləyir.
Eyni zamanda, mənbələrdən biri bildirib ki, indi danışıqlar bir neçə ay əvvələ nisbətən daha konstruktiv xarakter alıb. Başqa bir mənbə isə Almaniya şirkətlərinin 15 il müddətinə müqavilə imzalayacağını bildirib. Eyni zamanda üçüncü mənbə əlavə edib ki, bir neçə həftə ərzində razılaşma əldə oluna bilər.
Mart ayında Almaniyanın vitse-kansleri, İqtisadiyyat naziri Robert Habek Qətərə səfər edib və bu səfər zamanı o, Almaniyaya LNG ixracı imkanlarını nəzərdə tutan enerji sektorunda əməkdaşlıq barədə razılığa gəlib. Habek qeyd etmişdi ki, Dohada keçirilən danışıqlarda uzunmüddətli enerji tərəfdaşlığı ilə bağlı razılaşma əldə olunub. Lakin avqust ayında Habek LNG idxal edən alman şirkətlərinin dünya bazarında daha ucuz alternativlər tapdıqları üçün bu enerji resursunu Qətərdən tədarük etməkdən imtina etdiklərini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























