Volkswagen Porsche-nin bir hissəsini sataraq 9,4 milyard avroya qədər gəlir əldə etməyi hədəfləyir
Porsche-nin bazar dəyərinin 70-75 milyard avroya çatacağı gözlənilir.
Almaniyanın avtomobil istehsalçısı Volkswagen (VW) Qrupu sentyabrın 29-da Porsche avtomobil istehsalçısının səhmlərinin 12,5%-ni 8,7-9,4 milyard avro arasında ilkin kütləvi təklif ilə (IPO) satmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Volkswagen əldə etdiyi gəlirin təxminən yarısını birdəfəlik xüsusi divident ödəmək üçün istifadə edəcək, qalan hissəsi isə akkumulyator texnologiyasına keçidə kömək etmək üçün avtomobil istehsalçısına (Porsche-yə) veriləcək.
Frankfurt Fond Birjasında ticarət ediləcək qiymətli kağızların dəyərinin 76,5 ilə 82,5 avro arasında olması, idman avtomobil markasının dəyərini 70-75 milyard avroya çatdırması gözlənilir.
İlkin məlumatlara görə, səhmlərin bir hissəsini aparıcı investorlar, ilk növbədə Qətər və Əbu-Dabinin suveren fondları, həmçinin Norveç Bankı alacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
5 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
