Yük sahibi ilə TIR sahibini əlaqələndirən platforma 100 milyon dollar sərmayə cəlb edib

Yük sahibi ilə nəqliyyat vasitəsi sahibini eyni platformada bir araya gətirən Türkiyənin startap şirkəti TruKKer yeni investisiya cəlb edib.
Marja xəbər verir ki, TruKKer Mubadala İnvestisiya Şirkətinin davam edən investisiyasına əlavə olaraq, Səudiyyə Ərəbistanında yerləşən Riyadh Valley Capital, Egyptian Reliance Group, İraqda yerləşən March Holding və alternativ investisiya şirkəti Investcorp-dan 100 milyon dollar vəsait cəlb edib.
2016-cı ildə qurulan şirkət bu ilin mart ayında 96 milyon dollar investisiya cəlb etmişdi.
Son sərmayələr bir sıra texnoloji təkmilləşdirmələr, genişlənmələr və şirkətin Yaxın Şərqdəki əsas bazarlarında, o cümlədən Türkiyədə və MDB regionunda yeni bazarlarda artımdan sonra baş tutub.
Ümumilikdə 8 ölkədə fəaliyyət göstərən TruKKer, Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiyada aparıcı rəqəmsal daşıma platformalarından biridir.
TruKKer investisiya ilə böyüməyi və mövcud bazarlarda şəbəkəsini genişləndirməyi planlaşdırır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
4 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
5 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
