Avro zonasında inflyasiyanın 2%-ə qaytarılması üçün lazım olan hər şeyi ediləcək
Avropa Komissiyasının məlumatına görə, avqustda avro zonasında orta inflyasiyanın səviyyəsi rekord səviyyəyə - 9,1%-ə çatıb.Avropa Mərkəzi Bankı (AMB, ECB) inflyasiyanın pik həddinə çatmasının əsas səbəbi olan enerji bazarındakı şokla mübarizə apara bilməsə də, Avro zonasında inflyasiyanın indiki 9,1%-dən 2%-ə qaytarılması üçün lazım olan hər şeyi edəcək.
Marja xəbər verir ki, bu barədə cümə günü AMB-nin rəhbəri Kristin Laqard Avroqrupun Praqada keçirilən qeyri-rəsmi iclasında bildirib.
"Müxtəlif ölkələrdə inflyasiya 6% ilə 20% arasında dəyişir. Bizim əsas məqsədimiz inflyasiyanı 2%-ə endirmək olaraq qalır və ECB-nin İdarə Heyəti bunun üçün mümkün olan hər şeyi edəcək", - o deyib.
Bununla belə, Laqard qeyd edib ki, "inflyasiyanın sıçrayışının əsas səbəbi enerji bazarındakı şokdur və ECB burada çox az şey edə bilər, çünki bütün Aİ enerji bazarında struktur islahatları zəruridir".
Avropa Komissiyasının məlumatına görə, avqustda Avro zonasında inflyasiyanın səviyyəsi illik müqayisədə 9,1% rekord həddə çatıb. Avrozonada inflyasiya ilin əvvəlindən dayanmadan artır və mart ayından etibarən hər ay yeni mütləq rekord qeydə alınır.
Avropanın İqtisadi Məsələlər üzrə Komissarı Paolo Gentilona görə, zonada minimum iqtisadi artımın saxlanmasına baxmayaraq, avro zonası enerji böhranı və inflyasiyanın artması səbəbindən tənəzzül astanasındadır.
Avroqrupun rəhbəri Paskal Donohue deyib ki, Aİ-nin enerji böhranına reaksiyası, onun fikrincə, istehlakçılara və biznesə əhəmiyyətli subsidiyaların ayrılmasını ehtiva etməlidir.
Praqada keçirilən mətbuat konfransının iştirakçıları Aİ-dəki enerji böhranına görə Rusiyanı günahlandırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























