Reuters: Rusiyadan qazın qiymətinin məhdudlaşdırılması təklifi Aİ-də geniş dəstək almadı
Rusiya qazının qiymətinin məhdudlaşdırılması təklifi Avropa İttifaqının (Aİ) energetika nazirlərinin görüşündə geniş dəstək almayıb.
Marja xəbər verir ki, bu barədə cümə günü iki diplomata istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Qazın qiymətlərinin məhdudlaşdırılması ilə bağlı böyük müzakirələr aparılıb. Avropa Komissiyası bütün qazın qiymətini aşağı salmağa kömək edəcək, eyni zamanda Avropaya qaz tədarükünü təhlükə altına salmayan təkliflə çıxış etməlidir", - diplomatlardan biri deyib.
“The Financial Times” da yazıb ki, cümə günü energetika nazirlərinin fövqəladə iclasında Rusiya qazı üçün qiymət tavanının tətbiq edilib-edilməməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Aİ ölkələrinin böyük bir hissəsi Moskvanın cavab tədbirlərindən qorxur. Ən azı 10 dövlət (Yunanıstan, İtaliya və Polşa da daxil olmaqla) bütün təchizatçılar üçün yanacağın qiymətinə məhdudiyyətlər qoymağı təklif edib. Avstriya, Macarıstan və Hollandiya istənilən məhdudiyyətə qarşıdır.
Avropa Komissiyası (AK) Aİ Şurasına Rusiya Federasiyasından qaz idxalı üçün qiymət tavanı tətbiq etməyi tövsiyə edib. "Politico" qəzetinin məlumatına görə , AK yanacağın qiymətini 1000 kubmetr üçün 520 avroya endirməyi nəzərdə tutur. Qərarın qəbul edilməsi üçün bütün 27 ölkəsi tərəfindən dəstəklənməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























