Almaniya şirkətlərinin təxminən 90%-i ixtisaslı işçi çatışmazlığı yaşayır
Xammal və enerji çatışmazlığı ilə bərabər, ixtisaslı işçi çatışmazlığı Almaniya üçün üçüncü təhlükə kimi qiymətləndirilir.Almaniya şirkətlərinin təxminən 90%-i ixtisaslı kadr çatışmazlığı problemi ilə üzləşir.
Marja xəbər verir ki, bunu cümə günü Münhendəki Ifo İqtisadi Tədqiqatlar İnstitutunun Ailə Biznesi Fondunun sifarişi ilə keçirdiyi sorğunun nəticələri sübut edir.
Tədqiqatda iştirak edən 1700 müəssisənin 87%-i ixtisaslı işçi çatışmazlığının təsirini hiss etdiklərini bildirib. Sorğuda iştirak edən şirkətlərin üçdə birindən çoxu bunu rəqabət qabiliyyətinə təhlükə kimi görür.
Ailə Biznesi Fondunun idarə heyətinin üzvü, professor Rainer Kirchdörfer, "İxtisaslı işçilərin, indi isə ümumilikdə işçilərin çatışmazlığı Almaniya üçün xammal və enerji çatışmazlığı ilə birlikdə üçüncü təhlükədir" deyib. Eyni zamanda o əlavə edib ki, şirkətlər buna ilk növbədə öz işçilərini öyrətmək, əmək haqqını artırmaq və daha çevik iş saatları yaratmaq üçün səy göstərərək cavab veriblər.
Sorğunun nəticələrinə görə, müəssisələrin 88%-i dövlətdən xüsusən peşə hazırlığı daxil tədbirlər paketi görmək istəyir. Bundan əlavə, sorğuda iştirak edən şirkətlərin 74%-i hesab edir ki, ixtisaslı işçilərin immiqrasiyası və onların ixtisaslarının tanınması prosesi sadələşdirilməlidir. Bununla belə, sorğuda iştirak edən 1300 ailə biznesinin bir çoxu yaşlı insanların daha uzun müddət işləməsini və işləməyən qadınların ödənişli işlərə cəlb olunmasını istəyər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)





