Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 34% artıb
Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 767 milyon 60,8 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.
DGK-nın dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,8% artaraq 905 milyon 770,7 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 41,8% artaraq 2 milyard 712 milyon 874,7 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk səkkiz ayında daxilolmalar 0,06% azalaraq 106 milyon 325,8 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 42 milyon 89,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 49,8% çoxdur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 41 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























