Putinin çıxışından sonra buğdanın qiyməti qalxdı
Rusiya prezidenti Vladimir Putinin taxıl dəhlizini tənqid edən sözlərindən sonra buğdanın qiyməti 4 faizdən çox artıb. Putin iyulda imzalanmış müqavilə çərçivəsində daşınan yüklərin böyük hissəsinin Avropaya getdiyini, buna görə də aşağı gəlirli ölkələrin müqavilədən faydalanmadığını bildirib.
Rusiya prezidenti Vladimir Putinin taxıl dəhlizi müqaviləsini tənqid etməsindən sonra buğda fyuçerslərinin qiymətləri sürətlə artıb.
Marja xəbər verir ki, Çikaqo buğda fyuçersləri 4,5 faiz artaraq 8,5375 buşel/dollara yüksəlib.
Şərq İqtisadi Forumunda çıxışı zamanı Putin bəyan edib ki, Ukrayna taxılı aşağı gəlirli ölkələrə getmir, əksinə, əsasən Avropaya çatdırılır. Putin əlavə edib ki, marşrutlara məhdudiyyətlər prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə oluna bilər.
Taxıl dəhlizi Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyul ayında razılaşdırılıb. Bazarlar müqavilənin gələcəyi ilə bağlı qərarlara uyğun istiqamət tapa bilər. Müqavilə nəticəsində yenidən bərpa olnmuş Ukraynanın ixracı qiymətlərin aşağı düşməsinə kömək etmişdi.
Putin razılaşmanın həyata keçirilməsi üçün əlindən gələni etməsinə baxmayaraq, ölkəsinin və aşağı gəlirli ölkələrin “aldandığını” iddia edib.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, avqustun əvvəlindən Ukrayna limanlarından 2 milyon tondan çox taxıl və digər ərzaq məhsulları ixrac edilib. Bu məbləğə Türkiyə, İspaniya, Çin, İtaliya və Somaliyə çatan məhsullar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
5 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
6 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
