BOKT “Kəpəz”in istiqrazlarına 8 investor 8 sifariş təqdim edib
6 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2009020804 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 14%, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 06.09.2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verdiyimiz kimi, 1 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kəpəz” MMC-nin tədavül müddəti 48 ay olan AZ2008020805 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmış, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdi. Sifarişin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil etmişdi. İstiqrazın illik faiz dərəcəsi 16%, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 01.09.2026-cı ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 43 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























