“Azərsığorta” şirkəti yeni konseptdə ilk filialını açdı – FOTO
Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan dövlətə məxsus “Azərsığorta” şirkəti filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni konseptdə qurulmuş ilk filialının rəsmi açılışını edib.
Şirkətin mətbuat katibliyindən verilən məlumata görə, strateji inkişaf planına uyğun olaraq yeni konsetpdə istifadəyə verilən ilk filial Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən “Paytaxt” filialı olub.
Yeni filial müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Belə ki, paytaxt sakinləri yeni konsepsiyada təmir edilmiş filiala yaxınlaşmaqla “Azərsığorta” şirkətinin təklif etdiyi icbari və könüllü sığorta növlərindən faydalana bilərlər.
Şirkətin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı açılış mərasimində çıxış edərək bildirib ki, filialların yeni konseptdə qurulmasında əsas məqsəd əməkdaşların iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müştərilərə göstərilən sığorta xidmətlərinin operativliyini və keyfiyyətini daha da artırmaqdır: “Ümid edirəm ki, yeni filialımız vasitəsi ilə müştərilərə sığorta məhsullarının əlçatanlığını təmin etməklə onların sığorta xidmdətlərinə ayıracağı vaxtı minimuma endirəcəyik. Əsas strateji hədəflərimizdən biri olan müştəri məmnuniyyəti səviyyəsini daha da yüksəltməkdir. İnanıram ki, “Azərsığorta” şirkətində aparılan yenilənmə işləri bundan sonra da uğurla davam etdiriləcək” , - deyə C.Qurbanlı qeyd edib.
Qeyd edək ki, rəsmi açılış mərasimində “Azərsığorta” şirkətinin rəhbər heyəti və digər qonaqlar iştirak edib.
Xatırladaq ki,“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 43 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















