"Bed Bath & Beyond" şirkətinin maliyyə direktoru intihar edib
Qustavo Arnal şirkətin səhmlərinin dəyərini süni şəkildə artırmaqda ittiham olunurdu
Amerikanın məişət malları satan böyük pərakəndə mağazalar şəbəkəsi "Bed Bath & Beyond"un baş maliyyə direktoru Qustavo Arnal Nyu-Yorkda intihar edib.
Marja xəbər verir ki, bu barədə bazar günü polis məlumatlarına istinadən "New York Post" qəzeti yazıb.
Eyni zamanda, 52 yaşlı Arnal icraçı vitse-prezident vəzifəsində çalırdı. Avqustun 16-da Arnal şirkətdəki 42.000 səhmini 1 milyon dollara satıb.
Nəşrin yazdığına görə, “şirkət son zamanlar maliyyə problemləri ilə üzləşib”. "Bed Bath & Beyond" keçən həftə itkilərə görə 150 mağazanı bağlayacağını və işçilərini ixtisar edəcəyini açıqlamışdı.
Reuters -in məlumatına görə, bir qrup qiymətli kağız sahibi avqustun 23-də "Bed Bath & Beyond", Arnal və ən böyük səhmdarı "Ryan Cohen"ə qarşı iddia qaldırıb. Arnal şirkətin səhmlərinin dəyərini süni şəkildə artıraraq investorları çaşdırmaqda ittiham olunurdu.
1971-ci ildə qurulan "Bed Bath & Beyond" ABŞ, Kanada və Meksikada mağazalar şəbəkəsinə malikdir, nüfuzlu Fortune və Forbes jurnallarının reytinqlərinə daxildir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
21 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
22 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 22 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
