Avropa İttifaqı ölkələrinin energetika nazirləri növbədənkənar toplanacaq
Sentyabrın 9-da Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri fövqəladə toplantı keçirərək təbii qaz və elektrik enerjisinin qiymətlərinin sürətlə artırılmasını müzakirə edəcəklər.Avropa İttifaqı (Aİ) ölkələrinin enerji nazirləri növbədənkənar toplanacaq.
Avropa İttifaqına sədrlik edən Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela Avropadakı enerji böhranı ilə bağlı yerli mətbuata açıqlamalar verib.
Marja xəbər verir ki, elektrik bazarının 30 ildir avropalılara xidmət etdiyini və enerji qiymətlərini aşağı saldığını qeyd edən Sikela, "İndi enerji bazarının lazım olduğu kimi işləmədiyini qəbul etməliyik. Bazar donub və buna görə də bunu düzəltmək lazımdır" ifadələrdən istifadə edib.
Dövrün sədri olaraq AB ölkələrinin enerji nazirlərini növbədənkənar iclasının çağırıldığını qeyd edən Sikela, bu görüşün sentyabrın 9-da keçirilməsinə qərar verildiyini bildirib.
Ötən ilin iyul ayında təbii qazın meqavat saat qiymətinin 18 avro ətrafında olduğunu xatırladan Sikela, söz mövzusu qiymətlərin 310 avroya çatdığını qeyd edib.
Sikela qiymət artımının Ukraynadakı müharibə, Rusiyadan gələn qaz axınının azalması, Fransadakı atom elektrik stansiyalarının təxminən yarısının texniki nasazlıqlar səbəbiylə saxlanması kimi müxtəlif səbəblərdən qaynaqlandığını bildirib.
Oktyabrın 11-12-də Praqada Aİ-nin enerji nazirlərinin planlaşdırılan iclası keçirilməli idi.
Bəzi Aİ-yə üzv ölkələr təbii qazın tavan qiymətini və elektrik enerjisi bazarının işləməsi modelinin dəyişdirilməsini tələb edirlər. Aİ Komissiyası bu mövzuda üzv dövlətlərlə danışıqlar apararaq ortaq mövqe müəyyən etməyə çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)



