Birjalarda son vəziyyət
EUR.
Ötən həftənin son ticarət günü “Jackson Hole” İqtisadi Siyasasət Simpoziumunda çıxış edən Federal Ehtiyatlar Sisteminin sədri J.Pavelin iqtisadi yavaşlamaya baxmayaraq, yüksək inflyasiyanın qalıcılığının qarşısını almaq üçün sərt monetar siyasəti davam etdirəcəklərinə dair açıqlamalarından sonra dollar indeksi yenidən 108 bənd hədlərinin üzərinə yüksəldi. Nəticədə dollar major valyutalar qaşısında kəskin bahalaşdı. Bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair statistik rəqəmlər, xüsusən də “NFP” göstəricisi dollar indeksində tendensiyanın davam edib etməyəcəyində həll edici roll oynaya bilər. Təhlillərə əsasən, dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD məzənnəsi 0.9650 hədlərinə qədər ucuzlaşa bilər.
GBP.
GBPUSD məzənnəsi də ötən həftə dollar qarşısında kəskin dəyər itirdi. Dollar indeksindəki tendensiya davam edəcəyi təqdirdə GBP/USD məzənnəsindəki eniş tendensiyası 1.15$-a kimi davam edə bilər.
Bu həftənin çərşənbə günü Avrozonada açıqlanacaq inflyasiya göstəricisi də investorların diqqət mərkəzində olacaqdır.
TRY.
Ötən həftə 18.20TL hədlərinə kimi yüksələrək son bir ilin maksimumlarını test edən USD/TRY məzənnəsində artım tendensiyası davam edir. Hazırda 18.13TL hədlərində ticarət olunan USD/TRY cütlüyündə 18.20TL səviyyəsi qırılacağı təqrdirdə tarixi maksimumlar növbəti dəfə test edilə bilər.
OIL.
Ötən həftə 103$ hədlərinə qədər bahalaşsa da, “Brent” nefti burada müqavimət səviyyəsini qırmaqda çətinlik çəkərək 100$ hədlərinə kimi gerilədi. 100$ səviyyəsindəki dəstək həddi qorunacağı təqdirdə, artım tendensiyası davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qızıl 1765$-a kimi bahalaşsa da, FED sədri J.Pavelin ötən həftənin son ticarət günü “Jackson Hole” Simpoziumundakı çıxışı sonrası yenidən 1738$ hədlərinə kimi gerilədi. Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl 1720$-a (55.30$/qram) kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)





