SOCAR yeni milyardlıq layihələrdə iştirak edəcək
Bu il iyulun 4-də Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri zamanı SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin imzalanması neft-qaz sahəsində əməkdaşlığın nümunələrindən biridir.
Marja.az-ın məlumatına görə, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev bildirib ki, Daşkəndin Üçtəpə rayonunda zərgərlik məmulatlarının istehsalı üzrə birgə müəssisənin təşkili barədə razılıq əldə olunub.
"Əməkdaşlığı genişləndirmək və “yaşıl enerji” sahəsində yeni layihə təşəbbüslərini inkişaf etdirmək üçün bu ilin sentyabrında iki ölkənin energetika nazirlikləri arasında da “Yol xəritəsi” imzalanacaq.
Özbəkistanın kimya sənayesinin əsas layihələrində SOCAR-ın iştirak etməsi ilə bağlı razılıq əldə edilib. SOCAR-ın Özbəkistanın Nəvai rayonunda metanoldan propilen istehsalı layihəsində (investisiya dəyəri 1,3 milyard dollar), Qaraqalpaqıstan Respublikasının Kunqrad vilayətində PVC və kaustik soda istehsalı kompleksinin yaradılmasının ikinci və üçüncü mərhələlərində (investisiya dəyəri 1,28 milyard dollar), “Navoiazot” SC ilə sirkə turşusunun birgə istehsalının (investisiya dəyəri 120 milyon dollar) təşkilində iştirak etməsi nəzərdə tutulur. Sentyabr ayına kimi “Uzkimyosanoat” Səhmdar Cəmiyyəti layihə haqqında ətraflı məlumatları, o cümlədən maliyyə modeli və texniki-iqtisadi əsaslandırmanı təqdim edəcək",- səfir deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















