Azərbaycanda yol qəzaları və zərərçəkənlər artıb - YARIM İLDƏ 336 nəfər həlak olub
2022-ci ilin yanvar-iyun aylarında ölkədə 817 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, onlardan 336-sı həlak olmuş, 773-ü isə yaralanmışdır.
Hadisələrin 48,8 faizi gündüz, 37,1 faizi gecə, 14,1 faizi isə toran vaxtı baş vermiş, 29,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 235 nəfər, yaralananların sayı isə 7,9 faiz artaraq 696 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2022-ci ilin yanvar-iyun aylarında | 2021-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
|
|
|
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 817 | 108,1 |
Məkanına görə: |
|
|
magistral avtomobil yollarında | 130 | 134,0 |
yaşayış məntəqələrində | 687 | 104,2 |
İşıqlılıq vəziyyətinə görə: |
|
|
gündüz vaxtı | 399 | 121,3 |
toran vaxtı | 115 | 82,7 |
gecə vaxtı | 303 | 105,2 |
Yol örtüyünün vəziyyətinə görə: |
|
|
quru yol örtüyü | 761 | 109,0 |
digər (yaş, buz və s.) | 56 | 96,6 |
Zərərçəkənlərin sayı, nəfər | 1109 | 112,2 |
həlak olanlar | 336 | 115,9 |
yaralananlar | 773 | 110,7 |
Bütün yol-nəqliyyat hadisələrinin 40,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,2 faizini, yaralananların isə 71,0 faizini kişilər təşkil etmişdir.
Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır. Hadisələrin 3-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





























