BMT dünya buğda qiymətlərində azalma olduğunu bəyan edib
Xüsusilə, bu, Ukraynadan taxıl ixracına dair razılaşmaya görə baş verib.Mart ayında rekord həddə çatdıqdan sonra dünya ərzaq qiymətləri ardıcıl dördüncü aydır ki, ucuzlaşmaqda davam edir.
Marja xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) cümə günü yaydığı məlumatda deyilir.
Əsas ərzaq məhsulları üzrə beynəlxalq qiymətlərdə aylıq dəyişiklikləri əks etdirən FAO-nun Ərzaq Qiymətləri İndeksi iyulda 140,9 səviyyəsində olub. Bu, 2022-ci ilin iyun ayından 8,6% az, 2021-ci ilin iyul ayından isə 13,1% çoxdur.
FAO-nun baş iqtisadçısı Maximo Torero Cullen deyib: “Ərzaq qiymətlərinin çox yüksək səviyyədən aşağı düşməsi, xüsusən də qidaya çıxış baxımından alqışlanır. Bununla belə, bir çox qeyri-müəyyənliklər, o cümlədən yüksək gübrə qiymətləri qalmaqdadır ki, bu da gələcəyə dair proqnozlara təsir edə bilər. Fermerlərin istehsalı və dolanışıq imkanları, eləcə də qlobal iqtisadiyyatın tutqun görünüşü və valyuta dəyişmələri qlobal ərzaq təhlükəsizliyi üçün ciddi problemlər yaradır”.
FAO-nun Taxıl Qiymətləri İndeksi iyul ayında 11,5% azalsa da hələ də 2021-ci ilin iyul ayı dəyərindən 16,6% yuxarıdır.
"Bütün taxılların qiymətləri ucuzlaşıb. Dünyada buğdanın qiyməti 14,5% ucuzlaşıb. Bu, qismən Ukrayna və Rusiya Federasiyası arasında əsas Qara dəniz limanlarından ixracın bərpa olunması ilə bağlı əldə olunmuş razılaşma nəticəsində, qismən də Şimal Yarımkürədə mövsümi məhsulun mövcudluğu ilə əlaqədardır”,,- FAO-nun məlumatında deyilir.
FAO Bitki Yağı Qiymətləri İndeksi iyulda iyunla müqayisədə 19,2% azalaraq son 10 ayın ən aşağı səviyyəsinə düşüb.
Təşkilatın ekspertləri qeyd edirlər ki, "Qara dəniz regionunda davam edən logistik qeyri-müəyyənliyə baxmayaraq, günəbaxan yağının qiymətləri də qlobal tələbatın azalması fonunda nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 47 d. əvvəl
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Rəsmi məzənnələr açıqlandı
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub

























