İraq iş adamları Azərbaycanda səfərdədir
İraqın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
Səfər çərçivəsində Bağdad Ticarət Palatasının İdarə Heyətinin üzvü cənab Alaa Nurun başçılıq etdiyi biznes nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş baş tutub.
Görüş əsnasında tərəflər İraq və Azərbaycan iş adamları arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin, İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Maki Ressan Əl-Mamori da iştirak edib. O, çıxışı zamanı qarşılıqlı fayda əldə etmək üçün hər iki ölkədə ticarətin və investisiyaların stimullaşdırılmasına çağırıb.
Səfər çərçivəsində qonaqların Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sumqayıt Texnologiyalar Parkı və bir sıra yerli şirkətlər ilə görüşü nəzərdə tutulub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 38 d. əvvəl
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
2 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
2 saat əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
3 saat əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
3 saat əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























