“PAŞA Bank”ın İdarə Heyəti tam tərkibdə formalaşdırıldı - YENİ TƏYİNATLAR
21 iyul 2022-ci il tarixində Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın İdarə Heyəti tam tərkibdə formalaşdırılıb.
Marja.az xəbər verir ki, Bankın Müşahidə Şurasının qərarına əsasən, Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev Bankın İdarə Heyəti sədrinin müavini təyin edilib. Bəhruz Nağıyev yeni təyinatında satış və biznes innovasiyaları istiqamətlərinə rəhbərlik edəcəkdir.
Eyni zamanda “PAŞA Holding” MMC-nin Qrup üzrə Maliyyə və İT Departamentinin direktoru Murad Süleymanov PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı təyin edilib.
Xatırladaq ki, Bəhruz Nağıyev PAŞA Bank komandasına Xəzinədarlığa nəzarət üzrə mütəxəssis qismində 2011-ci ildə qoşulmuşdur, 2013-cü ildə isə o, Menecment İnformasiya sistemi və Büdcə funksiyası üzrə eksperti vəzifəsinə təyin edilmişdir. 2014-cü ildə cənab Nağıyev Xəzinədarlıq və Kapital bazarlar departamentinin direktoru təyin edilmişdir. 29 mart 2018-ci ildə cənab Nağıyev Baş maliyyə İnzibatçısı və İdarə Heyətinin Üzvü təyin edilmişdir.
Murad Süleymanov əmək fəaliyyətinə 2008-ci ildən “EY” şirkətinin Azərbaycan nümayəndəliyində başlayıb və burada audit mütəxəssisi, audit eksperti və baş ekspert vəzifələrində çalışıb. 2011-ci ildə Murad Süleymanov “PAŞA Sığorta” şirkətində Maliyyə departamentinin direktor müavini və 2013-cü ildən direktor vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin noyabr ayından isə M. Süleymanov şirkətinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 51 d. əvvəl
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















