“Veysəloğlu Distribusiya” şirkətinə yeni rəhbər təyin edilib
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinə Baş İcraçı Direktor vəzifəsinə Qabil Əhmədov təyin edilib.
Qrupun yaydığı məlumatda bildirilir ki, o, satış və marketinq sahəsində 20 ildən çox yerli və beynəlxalq təcrübəyə malik olan bir peşəkardır.
Qabil Əhmədov karyerasına 1999-cu ildə FMCG (alıcılıq qabiliyyəti yüksək olan ərzaqlar) sektorunun satış sahəsində başlayıb. Rəhbər vəzifələrdə fəaliyyətə 2001-ci ildən etibarən “Colgate-Palmolive” şirkətinin Azərbaycan üzrə satış meneceri olaraq başlayıb və sonrakı illərdə şirkətin Azərbaycan və Gürcüstan üzrə satış meneceri olaraq fəaliyyətini davam etdirib. 2004-2005-ci illərdə “Hunca Kozmetik” şirkətinin ərazi ixrac meneceri olaraq çalışıb, 2005-2007-ci illərdə “Colgate-Palmolive” şirkətinin Tacikistan, Türkmənistan və Monqolustan üzrə ölkə meneceri vəzifəsinə yüksəldilib. Qabil Əhmədov 2007-2011-ci illərdə “Henkel Mərkəzi və Şərqi Avropa” şirkətinin Qafqaz nümayəndəliyinin Azərbaycan üzrə regional satış və marketinq meneceri vəzifələrində çalışıb. O, 2011-2018-ci illər ərzində “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə Azərbaycan nümayəndəliyinin ölkə meneceri, Özbəkistan üzrə ölkə meneceri, “Coca-Cola Uzbekistan Bottlers” şirkətində Baş direktorun müavini kimi müxtəlif rəhbər funksiyalarda fəaliyyət göstərib. 2019-2022-ci illərdə “Mars Overseas (Pepsi Bottlers Azerbaijan)” və “AzFPCo (“Milla” süd markası)” şirkətlərində Baş İcraçı Direktor vəzifələrində çalışıb.
Qabil Əhmədov bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat” ixtisası üzrə alıb. Harvard Biznes Məktəbinin “LEAP 2.0, Leadership Excellence Accelerates Performance” liderlik proqramı, “Coca-Cola” şirkətinin Hindistanda təşkil etdiyi “Pegasus Program, Leaders of the Future” sertifikatlarına malikdir.
Qeyd edək ki, “Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4025 çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2300 nəfərdən çox əməkdaşı ilə xidmət göstərir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
8 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
8 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib














.jpg)





