SOCAR-da işə qəbul olunan 31 məzunu ilə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin dövlət qurumları və özəl təşkilatların işinə cəlb olunması istiqamətində tapşırığını rəhbər tutaraq, SOCAR-ın təşəbbüsü ilə bu ilin 24-26 may tarixlərində BANM-in məzunlarının işə qəbul prosesinə start verilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, işə qəbul prosesi mərhələli şəkildə və müxtəlif müsahibələrlə həyata keçirilib. Nəticədə, müsahibəni uğurla keçən məzunlar SOCAR-ın müxtəlif müəssisələrindən iş təklifi alıblar. Beləliklə, bakalavr pilləsi üzrə 102 məzundan, 31-i işlə təmin olunub.
16 iyul 2022-ci il tarixində SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf həmin məzunlarla görüşüb. “SOCAR-ın 2035-ci ilə qədər Korporativ Strategiyası” çərçivəsində müəyyənləşdirdiyi enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji hədəflərindən bəhs edən Rövşən Nəcəf, yeni işə qəbul olunan məzunların potensialının, bilik və bacarıqlarının şirkətin daha parlaq gələcəyinin təmin edilməsində mühüm rol oynayacağını bildirib.
Rövşən Nəcəf gələcəkdə işə qəbul prosesi ilə bağlı SOCAR tərəfindən həyata keçirilən bu kimi layihələrə sahə üzrə digər ali təhsil müəssisələrinin məzunlarının da cəlb olunması məsələsinin diqqət mərkəzində olduğunu qeyd edib.
O, neft-qaz sənayesi üzrə ixtisaslaşmış ən böyük şirkətlərdən biri olan SOCAR-ın Azərbaycanın təşəbbüsü ilə icra olunan qlobal əhəmiyyətli layihələrdə ölkəmizi uğurla təmsil etdiyini diqqətə çatdırıb.
Sonda yeni işə qəbul olunan məzunlarla öz tövsiyələrini bölüşən Rövşən Nəcəf onlara fəaliyyətlərində uğurlar arzu edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

