Avro dollar qarşısında daha da ucuzlaşdı
1 avronun qiyməti 1.02 dollardan aşağı düşüb.Artan enerji qiymətlərinin iqtisadiyyatlar üzərində "qara buludlar" yaratması və "təhlükəsiz sığınacaq" kimi qəbul edilən ABŞ dollarına tələbin artması ilə Avro dollar qarşısında ucuzlaşmağa davam edir və son 20 ilin ən aşağı səviyyəsinə düşüb. Dollar indeksi 2002-ci ildən bəri ən yüksək səviyyədədir.
Marja xəbər verir ki, Avropanın ortaq valyutası olan avro dollar qarşısında 0,9 faiz də ucuzlaşaraq 2002-ci ilin dekabrından bəri ilk dəfə 1,02-dən aşağı düşüb və 1.0162 dolları görüb (Bakı vaxtı ilə saat 18:44-ə olan məlumat). Avro da İsveçrə frankı qarşısında tarixi minimuma düşüb.
Dollar indeksi 0,4 faiz artaraq 107,02-yə çatıb ki, bu da 2002-ci ildən bəri ən yüksək səviyyədir.
Qlobal iqtisadi yavaşlama ərəfəsində ABŞ-da fyuçers indeksi müqavilələri və istiqraz gəlirləri də azalır.
Qlobal mərkəzi bankların yüksələn inflyasiyaya nəzarət etmək üçün həyata keçirdikləri sərt pul siyasətlərinə baxmayaraq, Çində Covid-19-a yoluxanların artması və Avropada kəskinləşən enerji böhranı qlobal iqtisadi artımın yavaşlayacağı gözləntilərini gücləndirir.
Bloomberg Economics-in proqnozlarına görə, gələn il ABŞ-da böhran ehtimalı 38% olaraq görünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)







.jpg)







