Avro və qızıl daha da ucuzlaşa bilər
Dünya miqyasında, xüsusən də ABŞ-da güclənməyə davam edən resessiya qorxular və inflyasiya ilə bağlı qeyri-müəyyənliklərin təsiri ilə avro və funt sterlinq son 20 ilin minimumlarında ticarət olunur.
Baş verənlər qarşısında Avropa Mərkəzi Bankının səssizliyini qoruması isə EUR/USD cütlüyündə eniş tendensiyasının daha da dərinləşə biləcəyini proqnozlaşdırmağa imkan verir. Təhlillərə əsasən EUR/USD məzənnəsi 1.0180, GBP/USD cütlüyü isə 1.1800 hədlərinə qədər ucuzlaşa bilər.
Bu gün açıqlanacaq İngiltərədə tikinti sektorunda, Amerikada isə xidmət sektorunda biznes aktivliyi indeksi göstəricisi, həmçinin FED-in son toplantısının dərc olunacaq protokolları investorların diqqət mərkəzində olacaqdır.
İnvestorların artan resessiya qorxuları qızılı da təzyiq altında saxlayır. Təhlillərə əsasən 1760$-ın altına düşsə, qızılın bir unsiya üzrə dəyəri 1737$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)





.jpg)








