"Azərbaycanda temperaturun 35 dərəcədən yuxarı olan günlərin sayı artıb"
"Azərbaycanda havanın maksimum temperaturun 35 dərəcədən yuxarı olan günlərin sayı artıb. Həmçinin, sürəti 25 m/s yuxarı küləkli günlərin də sayı çoxalıb".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, aparılan müqayisəli təhlillər göstərir ki, ilin isti dövründə ölkə ərazisində havanın temperaturunun artması baş verib:
"Temperatur artımı dağlarda çox olub. İlin ən soyuq aylarında Naxçıvan istisna olmaqla, digər ərazilərdə tempetaturun yüksəlməsi qeydə alınıb. Temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi əksər zonalarda azalır. Son 10 ildə əsas dağ çaylarımız formaıaşan ərazilərdə yağıntının miqdarı orta hesabla 8.7 faiz azalıb. Ümumiıikdə son 30 il ərzində yağıntıların miqdarı 10 faiz azalıb".
Xidmət rəisi qeyd edib ki, Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir: "Bu da çayları qidalandıran qar ehtiyatlarının azalmasının göstəricisidir. Dənizdəki dalğaların maksimum hündürlüyü də artıb. Daşqınların dinamikasında da artım müşahidə olunur. Suyun temperaturu son 15 ildə 1.2 dərəcə artıb".
U.Tağıyeva vurğulayıb ki, Kür çayının mənsəbində sululuq son 10 ildə 45 faiz azalıb: "Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 10 ildə 27 faiz azalıb. 30 dərəcədən yüksək olan günlərin sayı isə avqustda 6 dəfə, iyulda 2.4 dəfə, iyunda 12 dəfə artıb. Ümumilikdə yay aylarında 6 dəfədən çox artım qeydə alınıb".
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
20 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















