“Startap” şəhadətnaməsinin alınması ilə bağlı 97 müraciət olub, 42-sinə müsbət cavab verilib - MÜSAHİBƏ
İnnovativ iqtisadiyyatın qurulması, müstəqil biznesin inkişafı baxımından çox vacib əhəmiyyət kəsb edən startaplara dövlət dəstəyini İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) göstərir. Agentlik tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə "Startap" şəhadətnaməsi verilir ki, onlar da bu şəhadətnamə hesabına bir çox üstünlüklər əldə edirlər. KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “Startap” şəhadətnamələri ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- “Startap” şəhadətnaməsini necə əldə etmək olar?
- “Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya yazılı və ya elektron formada ([email protected]) müraciət edə bilərlər. Agentliyə daxil olmuş ərizə dərhal qeydiyyata alınır, müraciətə və ona əlavə edilmiş sənədlərə ümumilikdə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina ilə bağlı qərar qəbul edir. Qeyd edək ki, Ekspertlər Şurasında İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri təmsil olunurlar. Şurada, həmçinin, müstəqil ekspertlər də var.
- İndiyədək “Startap” şəhadətnaməsi almaq üçün nə qədər mikro və kiçik sahibkarlıq subyekti müraciət edib? Bu sənədin alınmasına göstərilən maraq necə dəyərləndirilə bilər?
- “Startap” şəhadətnaməsinin alınması ilə bağlı müraciətlərin qəbuluna 2021-ci ilin may ayından başlanılıb. İndiyədək sözügedən dəstək mexanizmindən istifadə etmək üçün KOBİA-ya 97 müraciət daxil olub. “Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarlıq subyektlərini 3 il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad etməklə yanaşı, sözügedən dəstəkdən yararlanan sahibkarların ekosistemdə tanınmasına və daha geniş arenada investorların cəlb olunmasına şərait yaradır. KOB subyektləri, xüsusilə startaplar arasında “Startap” şəhadətnaməsinə maraq böyükdür.
- Şəhadətnamə daha çox hansı istiqamətləri əhatə edən layihələrə verilib?
- İndiyədək 42 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətləri əsasən maliyyə texnologiyaları, logistika xidməti, elektron ticarət, innovativ həlləri özündə ehtiva edən onlayn platformalar və mobil tətbiqlərdir. Şəhadətnamə almış sahibkarlıq subyektlərinin 4-ü istehsal sahəsində fəaliyyət göstərir.
- İndiyədək neçə sahibkarlıq subyektinə bununla bağlı imtina cavabı verilib?
- “Startap” şəhadətnaməsi almaq üçün müraciət etmiş 21 sahibkarlıq subyektinə imtina cavabı verilib. Təqdim olunan dörd müraciət Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun olmadığına görə, digər 17 sahibkarlıq subyektinin müraciətlərinə isə Ekspertlər Şurasının imtina üçün kollegial rəyi əsasında qərar verilib. Sənədlərdə müəyyən düzəlişlərə ehtiyac olduğu üçün 34 müraciət baxılmamış saxlanılıb.
- Müvafiq şəhadətnaməyə malik olan sahibkarlıq subyektlərinə verilən güzəştlərin artırılması nəzərdə tutulurmu?
- “Startap” şəhadətnaməsinin ən böyük üstünlüyü bu sənədi alan sahibkarlıq subyektinin innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunmasıdır. Bu sənədə malik olmaq, həmçinin, yerli və xarici investorların maraq dairəsinə düşür, xarici bazarlara çıxışı asanlaşdırır. Gələcəkdə startap ekosisteminin daha da inkişaf etdirilməsi baxımından, mövcud vəziyyətin təhlili əsasında ehtiyaclara uyğun olaraq, güzəştlərin artırılması nəzərdən keçirilə bilər.
- “Startap” şəhadətnaməsi almaq istəyən KOB-lara nə tövsiyə edərdiniz?
- Daha çox gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün sahibkarlara “Startap” şəhadətnaməsi almağı məsləhət görərdim. Sənəd 3 il müddətinə güzəşt nəzərdə tutduğu üçün sahibkarların bundan daha səmərəli faydalanmaları və bu müddət ərzində müvafiq layihədən əldə edilən gəlirin layihənin inkişafına, beynəlxalq arenada tanınmasına yönləndirilməsi məqsədəuyğundur.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Vergilər"
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)




.jpg)








